Azərbaycan həqiqətən unikal təbiəti ilə öyünə bilər. Ölkəmiz dünyada mövcud olan on iqlim qurşağının doqquzunda yer almaqdadır. Burada bütün yer kürəsini kiçik səyahət etmək və səyahət zamanı şəlalələrə və çaylara, mineral bulaqlara rast gəlmək olar.

Təccüblü deyil ki, Azərbaycana yeni təəssüratlar axtarışında olan, sivilizasiya tərəfindən toxunulmamış təbiət görmək, bu yerlərin heyrətamiz gözəlliyi, yerli əhalinin yaşayış tərzi və adətləri ilə tanış olmaq, təmiz şəfalı hava ilə nəfəs almaq istəyən hətta ən tələbkar turistlər belə gəlməkdədir. Böyük əhəmiyyətə malik amillərdən biri də odur ki, ölkədə yaxşı yollar, komfortlu rahat otellər və turizm düşərgələri də daxil olmaqla əla infrastruktur yaradılmışdır.

Quba

Yerinə görə paytaxta ən yaxın Azərbaycan rayonlarından biridir.  Uyğun mövqeyi (Bakıdan 168 km aralıda yerləşir) və zəngin infrastrukturu sayəsində Quba rayonu turistlərin ən çox sevdiyi istirahət yerlərindən biri sayılır. Sıx meşəli Qəçrəş,  coşqun axan   Vəlvələ çayının keçdiyi Təngaltı dərəsi, «Azərbaycanın təbii abidələri» siyahısına daxil edilmiş məşhur Afurca şəlaləsi qonaqların  sevimli istirahət yerləridir. 
Quba bu gün də dünyanın hər yerindən gələn qonaqlara qapılarını qonaqpərvərliklə açmağa davam edir.

Quba olimpiya kompleksiQubada kurort otellər

  • Cənnət  Bağı oteli
  • Long Forest Resort
  • Rixos Quba Azerbaijan oteli
  • Terrace Guba oteli

Qəbələ

Azərbaycanın zəngin və qədim tarixi olan gözəl guşələrindən biridir. Bir zamanlar bu şəhər 600 il ərzində Qafqaz Albaniyasının paytaxtı olmuşdur.   Antik şəhərin qalıqları və Qafqaz Albaniyasının əsas qapıları bu günümüzə qədər saxlanılıb. Rayonda müxtəlif dövrlərə aid çoxlu tarixi və mədəni abidə var. Gözəl təbiət və inkişaf etmiş infrastruktur minlərlə turistləri Qəbələyə cəlb edir. Burada bir neçə 5 ulduzlu otel, ailə tipli kiçik otellər, istirahət zonaları və turizm bazaları fəaliyyət göstərir. Görməli yerlər arasında – Rus meşəsi, çay vadiləri, məşhur şabalıd meşəsi, çoxlu sayda mənzərəli kəndlər var.  Qədim Qafqaz albanlarının kökündən olan udinlərin yaşadığı Nic kəndini xüsusilə qeyd etmək lazımdır.

Quşla bol olan meşələr mövsüm zamanı  ovçuları bura cəlb edir. 16 hektar ərazidə yerləşən və Azərbaycanın açıq səma altında  ən iri attraksion parkı Gabaland də  Qəbələdə yerləşir. Şəhərdə həmçinin hər il təşkil olunan  və dünyanın müxtəlif ölkələrinin  orkestr və ifaçıları iştirak edən klassik musiqi, caz və muğamın Beynəlxalq musiqi festivalı keçirilir. Təsadüfi deyil ki, məşhur Beltman holland nişanı  altında pianino istehsalı üzrə fabrik  məhz Qəbələdə fəaliyyət göstərir. 

Qəbələdə kurort otellər

  • QAFQAZ RESORT HOTEL
  • QAFQAZ RIVERSIDE RESORT HOTEL
  • Qafqaz Karvansaray Hotel
  • Qafqaz Sport Hotel
  • Qafqaz Yeddi Gozel Hotel
  • Qafqaz Yengicə Termal Hotel və Spa

 Şəki

Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəkini haqlı olaraq respublikanın memarlıq qoruğu adlandırırlar. Milli memarlığın saray  memarlıq ənənələri ilə həmahəngliyinin nadir nümunəsi olan Şəki xan Sarayı (1762-ci il) dünyanın hər yerindən gələn turistlərdə xüsusi marağ doğurur. Məlumdur ki, sarayın tikintisi zamanı bir dənə  də olsun mismardan istifadə edilməmişdir, şəbəkə adlandırılan rəngli şüşələr (milli mozaika) isə Venesiyadan gətirilmişdi.

Şəki rayonunda çoxlu  maraqlı tarixi abidələr var.  Şəhərin şimalında bir zamanlar alınmaz qala olan «Gələrsən görərsən» qalasının (XV-XVIII əsrlər) qalıqları durur. Ticarəti ilə tanınan Şəkidə xeyli sayda karvansaralar  mövcud olub və onlardan ikisi  – XVIII əsrdə tikilən Yuxarı və Aşağı karvansaralar bu günümüzə qədər saxlanılıb. 
Şəkidə kurort otellərKiş kəndində yerləşən Alban məbədini (I-II əsrlər) qeyd etməmək olmaz,   tanınmış norveçli Tur Xeyerdal  burada bir neçə dəfə tədqiqat aparıb və bunun təsdiqi olaraq kənddə onun büstu quraşdırılmışdır. Nəhayət, Şəki ağızda əriyən paxlavası, pitisi (gil qabda öz suyunda bişmiş ət və tərəvəzlər), həmçinin sakinlərinin yumor hissi ilə məşhurdur. Son qeyd olunan xüsusiyyətinə görə şəhər Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşlaşıb

Turistlər həm də bu yaxınlarda yenilənmiş və təkmilləşdirilmiş Şəki Olimpiya Kompleksində də qala bilərlər. Kompleksin Oteli də həyətində bir və ikimərtəbəli kotteclərin olduğu ikimərtəbəli binadan ibarətdir. Otel və kotteclər yaxşı tərtib olunmuş, mərkəzi kondisioner və havalandırma sistemləri ilə təchiz edilmişdir. Örtülü hovuz, bilyard, stolüstü tennis, tennis, sauna, akvapark, uşaqlar üçün oyun zalı və sairləri qonaqların ixtiyarına verilmişdir. Otelin təqdim etdiyi xidmətlərin keyfiyyəti və çeşidi 5 ulduzlu standartlara uyğundur. 

Atçılıq turizmini – at belində səyahəti cəsarətlə sağlamlıq üçün dərkedici və faydalı hesab etmək olar. Xoşbəxtlikdən bunun üçün Şəkidə bütün imkanlar mövcuddur: Şəki rayonunun ən gözəl guşələrindən biri olan Daşüz kəndində Azərbaycan Turizm və Mədəniyyət Nazirliyinin nəzdində Respublika Atçılıq Turizm Mərkəzi yerləşir.

    • Sheki Palace Hotel
    • Sheki Saray Hotel
    • Sheki Kungut Hotel & Resort

 

 LERİK

Yüksək talış dağlarında, səmaya əl çatan yerdə, Azərbaycanın ən mənzərəli guşələrindən biri – Lerik rayonu yerləşir. Burada Qafqaz etnik qrupu olan talışlar yaşayır. Lerik mədəniyyətdən uzaqda olmaq istəyən, təmiz dağ havası udmaq istəyən, əzəmətli dağların görünüşündən, sürətli çaylardan və səs-küylü şəlalələrdən həzz almaq istəyən turistlər üçün çox uyğundur. Əbəs yerə Lerik uzunömürlülər vətəni hesab edilmir. Bu yerdə yaşayan və yaşı  yüzdən artıq olan  onlarla adamın həyatı haqqında sənədlərin saxlanıldığı yerdir  və ola bilsin ki, dünyada yeganə uzunömürlülər Muzeyi də burada yerləşir.  Lerikin ən qocaman sakini Şirəli Müslimovun 1973-cü ildə ölüm anında 168 yaşı olmuşdur. Hal-hazırda rayonda əsrin hüdudunu aşmış və əmək qabiliyyətini qoruyub saxlamış onlarla insan yaşayır. Lerikin tanınmış təbii istirahət zonaları Bülüdül (rayon mərkəzindən 20 km məsafədə) və Zəriqaladır (17 km). burada çox dadlı suyu olan bulaqlar mövcuddur. Meşələrdə və Lerik çayının sahili boyu qaban, dovşan, tülkü, kəklik və ördək ovu üçün şərait vardır. Daş meşələrin keçilməz guşələrində bəbir yaşayır. Hal hazırda bu nadir heyvanın mühafizəsi üzrə elmi proqram fəaliyyət göstərir.

Lerikdə kurort bazalar
Lerikdə yerli sakinlərin mənzillərində, habelə Lənkərandan Lerikə gedən yolboyu çoxsaylı istirahət zonalarında dayanmaq olar. Onlardan daha çox tanınanı Relax Hotel and Resort, “Şəlalə” və “Meşəçi”dir. Lerikdə çoxsaylı qəlyanaltı və kababxanalarda qəlyanaltı, nahar etmək və sadəcə olaraq xoş təamlı yeməklərin dadına baxmaq mümkündür və onlardan ən çox tanınanı “Xəyal” restoranıdır. Burada Siz xoş, səmimi şəraitdə ənənəvi Azərbaycan yeməklərinin dadına baxa bilər və yorğunluğunuzu ala bilərsiniz.

  • RELAKS istirahət mərkəzi