NAFTALAN KURORTU


Naftalan Azərbaycan – dünya əhəmiyyətli unikal müalicəvi kurort, yeganə müalicəvi naftalan nefti yatağıdır. Naftalan hələ qədim zamanlardan dayaq hərəkət aparatı xəstəliklərinin, dəri, uroloji, ginekoloji xəstəliklərin müalicəsi üçün güclü vasitə kimi şöhrət qazanıb. Naftalan iltihab proseslərini aradan qaldırır, ağrıları azaldır, qan dövranını və orqanizmdə mübadilə proseslərini yaxşılaşdırır. “Qara qızıl çeşməsi – sağlamlığın açarıdır”- Naftalan müalicə ocaqlarının şüarı belə səslənir. 

Naftalan kurortu Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə (Kirovabad) şəhərindən 50 km məsafədə, ekoloji təmiz rayonda yerləşir.

Naftalan kurortunun tarixçəsi öz başlanğıcını 1873-cü ildən, naftalanın dayaz quyulardan əllə çıxarıldığı vaxtdan götürür. Naftalan “Yerin qatı qanı” adlandırılır. Naftalanın müalicəvi xüsusiyyətlərinin öyrənilməsindən və ondan istifadəyə başlanılmasından 100 ildən artıq müddət keçib. Müxtəlif xəstəliklər zamanı onun effektivliyi 1600-dən artıq elmi işin və monoqrafiyaların nəticələri ilə təsdiq edilib. Hal-hazırda Azərbaycanın mədəni irsinin ayrılmaz hissəsi olan Naftalan kurortu yeni dirçəliş mərhələsini yaşayır.  Hazırda Naftalanın, sovet dövründə kurort birliyinin tərkibinə daxil olan bir neçə sanatoriyasında istilik və ultrabənövşəyi şüalanma ilə kompleks şəklində qətransızlaşdırılmış naftalanla, naftalan fraksiyaları və karbohidrogenlərlə yeni müalicə üsulları tətbiq edilir. Sanatoriyalar (həm özəl, hə də həmkərlar ittifaqının nəzdində olan) bir çox prosedura növlərinə sahibdirlər və xəstələrə lazım olan proseduralar, uzun sürən ətraflı müayinədən sonra fərdi olaraq seçilir və təyin edilir. Sanatoriyalarda müasir funksional diaqonostika kabinetləri, klinik diaqnostik və biokimyəvi laboratoriyalar da fəaliyyət göstərir.  Hal-hazırda Naftalan kurortu maksimal rahat komfortlu şəraitdə 70 – dən artıq xəstəliyin müalicəsini təmin edir. Naftalan sanatoriyaları il boyu dünyanın bütün ölkələrindən gələn xəstələri müalicə üçün qəbul edir. İxtisaslı, təcrübəli və xoşniyyətli kollektiv ən vacib məqsədə, İnsan sağlamlığına nail olmaq üçün bütün qüvvəsini sərf edir.

NAFTALANIN MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Naftalan nefti dəridən hoparaq kapilyar qan axınına müsbət təsir göstərir, kiçik damarlarda qan dövranını yaxşılaşdırır, qan damarlarını genişləndirir, qanın laxtalanmasını azaldır, fermentativ proseslərin aktivliyini yüksəldir, orqanizmin bütün funksiyalarını stimullaşırdırır və mikroblara qarşı təsir qüvvəsinə malikdir.

DUZDAĞ

Azərbaycanın Naxçıvan Muxtar Respublikasında unikal duz mağaraları yerləşir. Burada tənəffüs orqanları xəstəliklərindən uğurla sağalmaq mümkündür. Duzdağ mağaraları 1173 metr hündürlükdə və komfortlu rahat oteldən cəmi iki kilometr məsafədə yerləşir.

Fizioterapiya mərkəzi yeraltı və yerüstü hissələrdən ibarətdir. Yerüstü hissə Duzdağın bilavasitə özündə, “Duzdağ” otelinin ərasizisndə yerləşir. Yeraltı hissə isə dağda 300 metrədən artıq dərinlikdə yerləşir. Yaxınlıqda isə duz mədənlərinin ikinci əsas dağ sexinə giriş yerləşir. Kompleksin oteldə yerləşən yerüstü hissəsi kitabxana, kafe və rahat otaqlar ilə təchiz olunub. Kompleks ümumilikdə 128 nəfər qonaq qəbul etmək imkanına sahibdir.

“Duzdağ” otelinin nəzdində fəaliyyət göstərən sanatoriya qonaqlara tam tibbi müşaiyət təklif edir. Burada müxtəlif tibbi istiqamətlər üzrə yalnız diplomlu mütəxəssislər çalışır. Eyni zamanda otaqların və ərazinin gündəlik təmizlənməsi və gecə-gündüz mühafizə də Sizin xidmətinizdədir.

Sizin ailənizlə birgə tam dəyərli istirahət etməniz üçün burada müasir akvopark və basketbol, voleybol, futbol da daxil olmaqla müxtəlif idman meydançaları vardır . Oteldə Sizin üçün qapalı və açıq hovuzlar və tennis kortları da fəaliyyət göstərir. Bundan başqa, kompleksdə idman və fitnes zalı da mövcuddur.

Böyüklər üçün tam spleoterapiya kursu 16-20 seans təşkil edir. Uşaqlar üçün isə 10-15 seans kifayət edir. Lazımi seans sayı bilavasitə xəstənin vəziyyətindən ve onun fərdi xüsusiyyətlərindən asılıdır. Mədəndə spleoterapiyadan başqa, bizim tibbi kompleks lazım gələrsə tibbi preparatlar, fizioterapiya proseduraları, masaj seansları və müalicə idmanı vasitəsilə də xəstələrin müalicəsini həyata keçirir. Ancaq biz dərmanlardan istifadə etməməyə çalışırıq. Əgər sanatoriyanın qonağı hormonal dərman preparatları qəbul edirsə, bu preparaların qəbulu sayı tədricən azalır.

Naxçıvanın “Duzdağ” fizioterapiya mərkəzinin bənzər sanatoriyalardan fərqli xüsusiyyəti,  bizim mədənlərin üfqi səthdə yerləşməsidir.  Onlar, sanatoriyaya yeni qonaqlar qəbul etməkdən öncə mütləq şəkildə adaptasiya edilir. Bizim mədənlərdə allergen və mikroblar demək olar ki tamamilə yoxdur. Burada təbii havalandırma fəaliyyət göstərir.

Naxçıvan MR “Duzdağ” fizioterapiya mərkəzinə yalnız respublikanının bütün guşələrindən deyil, həm də xarici ölkələrdən müalicə olmaq istəyən insanlar gəlir. Biz Rusiya Federasiyasından, Gürcüstandan, Türkiyədən, İrandan, Orta Asiya və başqa ölkələrdən gələn qonaqları uğurla qəbul edirik. 

Bizim bir neçə onillik təcrübəmiz onu göstərir ki, müxtəlif ağırlıq dərəcəli bronxial asma xəstəsi olan böyüklərdə yaxşılaşma faizi 80-86% təşkil edir. Uşaqlarda isə bu nəticə 96-98% təşkil edir. Prosedurlar xəstədə yalnız boğulma tutması olmadığı anlarda həyata keçirilir. Remissiya dövründə də müalicə aparmaq mümkündür. Sanatoriyanın mədənlərdə müalicə olunan qonaqlarında, təyin edilmiş proseduraların nəticəsi olaraq artıq müalicənin üçüncü günü hiss olunacaq dərəcədə müsbət təsir qeyd olunur. Eyni zamanda xəstələrdə bəlğəm ifrazatı azalır, boğulma tutmaları isə aradan qalxır. Ağ ciyərlərdə həm quru, həm də yaş xırıltı tədricən aradan qalxır, tutma hallarının ağırlığı isə vaxt keçdikcə azalır. Xəstəliyin ağırlığından asılı olaraq müalicəvi mədənlərdə ildə bir və ya iki dəfə kurs keçmək tövsiyyə olunur. Bəzi hallarda isə 3 il ərzində mədənlərə mütəmadi olaraq gələrək müalicə keçmək lazımdır. 

Spleoterapiya tənəffüs orqanları xəstəliklərindən sağalmaq üçün çoxdan bəri effektiv metod kimi qəbul olunur. Ancaq xəbərdarlıq etmək lazımdır ki, spleoterapiyanın xəstəyə əks göstəriş olduğu hallar da mövcuddur. Müalicəvi effekt şaxtalarda mövcud olan spesifik iqlim sayəsində əldə edilir. Vacib amillərdən biri də burada allergenlərin yoxluğudur.

Uşaqlar üzərində spleoterapiya ilə müalicənin effektivliyi artıq müalicənin 4-5-ci günü özünü biruzə verir. Böyüklər üzərində müalicənin effektivliyi bir az fərqlidir. Xəstəliyin yüngülləşməsi xəstənin ilkin vəziyyətindən asılı olaraq müxtəlif şəkillərdə baş verir. Bəzi xəstələr müalicənin artıq ikinci həftəsi, bəziləri kursun bitməsindən dərhal sonra, bəziləri isə kursdan bir ay sonra yaxşılaşma hiss edir. Adətən bu öskürək tutmalarının sayının azalmasında və onun gücünün zəifləməsində özünü biruzə verir. Uşaqlarda bir həftədən sonra boğulma halları çox vaxt tamamilə aradan qalxır. Müalicə kursunun sonunda xəstənin qanıda olan yüksək leykosit-eozonofil miqdarı azalır. Eyni zamanda bəlğəmdə də eozonofil səviyyəsi aşağı enir. Eritrasitlərin çökmə sürəti normallaşır. Bronx yolları nəzərə çarpacaq dərəcədə təmizlənir, çox zaman ağ ciyərlərin bir dəqiqəlik tənəffüsü da normallaşır. Xəstələr sərbəst nəfəs almağa başlayır. Onların nəbzi normallaşır və ya taxikardiya tutmaları hiss olunacaq dərəcədə azalır. Əgər sistolik və diastolik qan təzyiqi yüksək olubsa, o da normallaşa bil