Gəzməli-görməli yerlər çox, hamısına vaxt yoxdur!

Bakının gəzməli və görməli yerləri çoxdur və onların hamısı ilə yaxından tanış olmaq üçün sizə bir neçə gün vaxt lazımdır. Əgər işgüzar toplantılar arasında cəmi 1-2 saat boş vaxt tapsanız belə, həqiqətən ilham ala biləcəyiniz bir sıra məkanlara baş çəkib mükəmməl fotolar çəkdirə bilərsiniz. Orta əsrlərin dar məhəllələri, cəlbedici Karvansaray, ekzotik çay evləri, yaraşıqlı restoranlar,  möhtəşəm caz klubları, xalça dükanları, nəfis muzeylər, ultramüasir qalereyalar və qəşəng, xudmani suvenir mağazaları – bütün bunlar şəhərin mərkəzində cəmi bir neçə addımlıqda yerləşir.  Əgər vaxtınız çoxdursa, şəhər üzrə avtobusla ekskursiyaya, ya da qayaüstü rəsmlər və palçıq vulkanlarının yerləşdiyi Qobustana, habelə qalalara, arxeoloji ərazilərə, hətta əbədi-yanan Atəşgah od məbədinə kiçik turlara qatıla bilərsiniz. Bir-neçə saata siz bu yerlərin ikisinə, ya üçünə baş çəkə bilərsiniz. Əgər 1 gün boş vaxtınız varsa, onların hamısı ilə tanış olmaq mümkündür. Alternativ olaraq, Azərbaycanın bölgələrinə yollanın və kənd yerlərinin necə də əsrarəngiz gözəlliyə malik olduğunu özünüz görün; səhralıqlar və dağlar, mağaralar, çimərliklər, meşələr və dağ-xizək kurortları – Azərbaycanda istənilən yerə cəmi 4 saata çatmaq olar.