“Şahdağ” turizm kompleksi dağ xizəkçiliyi həvəskarları üçün Azərbaycanda ilk kurortdur.

Şahdağ Azərbaycanın şimal-şərqində eyni adlı dağın yaxınlığında yerləşir. Bura Qafqazın ən gözəl guşələri sırasında əbəs yerə qeyd edilmir. Burada təmiz təravətli dağ havasından, öz əzəmətinə  və müxtəlifliyinə görə təkrarolunmaz təbiətdən və  parlaq bənzərsiz mədəniyyətdən zövq almaq mümkündür. Buranın iqlimi dağ xizəkçiliyi idmanına mümkün olacağı qədər xoş təsir göstərir. Qış vaxtı havanın tempraturu çox vaxt mənfi 20-22 dərəcə təşkil edir. Bu və bir çox digər səbəblərə görə məhz Şahdağ dağının ətəyində müasir, bütün Avropa tələblərinə cavab verən turizm kompleksi salınmışdır.

Hal-hazırda Şahdağda aktiv istirahət etmək üçün lazım olan hər şey mövcuddur. Burada yüksək xidmət səviyyəsinə sahib olan bir neçə otel, dörd ədəd rahat və təhlükəsiz qaldırıcı lift, xizəkçilik və snoubord avadanlığının icarəsi fəaliyyət göstərir. Eyni zamanda kurort ərazisində tibbi yardım məntəqəsi, dağ xizəkçilik məktəbi, geniş avtomobil dayanacağı və ən gənc dağ idmanı həvəskarları üçün xalça zolağı fəaliyyət göstərir. Kompleks qonaqları kanat yollarının müxtəlifliyi ilə sevindirməyə hazırdır. Burada həm buqel, həm də karusel kanat yolları vardır, gələcəkdə isə həm də qondol kanat yolları istifadəyə veriləcəkdir.

Şahdağ həm yüksək hazırlıqlı, həm də hazırlıq səviyyəsi sıfır olan xizəkçilik idmanı həvəskarlarına uyğundur. Burada həm xizəkçiliyə yeni başlayanlar, həm də əsl peşəkarlar üçün xizək yolları mövcuddur. Hər bir xizək yolu süni qar generatorlarının köməyi ilə hazırlanır və bu da xizəkçilik mövsümünü daha da uzatmaq, xizək yollarını isə daha keyfiyyətli və sürüşmək üçün xoş etmək imkanı verir.